A.Əzimov: Kəlbəcərdə yolun çəkilməsi qeyri-qanunidir

Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.

A.Əzimov bildirib ki, bu baxımdan Kəlbəcər rayonu ərazisindən hər hansı bir yolun çəkilməsi və digər təşəbbüslər Cenevrə konvensiyalarına ziddir:

«Bu, Ermənistanın konvensiyaları pozduğu ilk hal deyil və bu, Yerevan tərəfindən atılan növbəti addım olacaq. Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq». /Trend/

Bildirilir ki, yeni yol Kəlbəcərdən keçəcək və Ermənistanın Geqarkunik rayonunu (Göyçə mahalı) Qarabağla birləşdirəcək. Yol öz başlanğıcını Goranboy rayonunun erməni işğalı altında qalan hissəsindən götürəcək, Kəlbəcərin rayon mərkəzindən keçərək Ermənistana uzanacaq.

Комментарии

Популярные сообщения